VAR da səhv etdi – Oyun təkrarlana bilər
İngiltərə Premyer Liqasının 7-ci turunda keçirilən “Tottenhem” – “Liverpul” oyunu ilə bağlı qalmaqal səngimir.
Metbuat.az xəbər verir ki, meydan sahiblərinin 2:1 hesablı üstünlüyü ilə başa çatan oyunda “Liverpul”un futbolçusu Luis Diazın vurduğu qol VAR-ın müdaxiləsi ilə ləğv edilib.Premyer Liqanın Hakimlər Şurası Luiz Diazın ləğv edilən qolu ilə bağlı qərarın yanlış olduğunu qəbul edib. Bundan sonra “Liverpul”un meneceri Yurgen Klopp, “Tottenhem”lə matçın təkrarlanması barədə çağırış edib.
“Hakimlə VAR arasında səs yazılarını dinləmək heç nəyi dəyişmədi. Bu səhvin niyə baş verməsi məni çox da maraqlandırmır. Q sayılmadı. Bu məsələni düzgün idarə etməyimiz həqiqətən vacibdir. Hakimlər bunu bilirlər. Bəli, böyük səhv etdilər. Çox açıq səhv idi. Məncə həll yolu hələ də tapıla bilər. Məncə, yeganə həll yolu bu matçı təkrar oynamaqdır, amma yəqin ki, belə bir şey etməyəcəklər”.