Stoltenberq Nərgiz Məhəmmədini təbrik etdi
NATO-nun Baş katibi Yens Stoltenberq Nobel Sülh mükafatı laureatı Nərgiz Məhəmmədini təbrik edib.
Metbuat.az xəbər verir ki, bu barədə o, “X” hesabında paylaşım edib.
“Nərgiz Məhəmmədini 2023-cü il üzrə Nobel Sülh Mükafatını qazanması münasibətilə təbrik edirəm. Siz qadınların zülmünə qarşı mübarizənizdə cəsarət göstərmisiniz. İnsan hüquqları və hamı üçün azadlıq sülhün əsasını təşkil edir”, – Stoltenberq qeyd edib.
Qeyd edək ki, Güney Azərbaycandan olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədi 2023-cü il üzrə Nobel Sülh mükafatına layiq görülüb.
Nərgiz Məhəmmədi 1972-ci il aprelin 21-də Güney Azərbaycanın Zəncan şəhərində anadan olub. Tanınmış jurnalist və hüquq müdafiəçisidir. İranda bir sıra KİV-də işləyib. 2022-ci ilin sentyabrında İranda başlayan etiraz aksiyalarına ilk qoşulanlardan və fəal iştirakçılardan olub. O, 16 il müddətinə azadlıqdan məhrum edilib.