fbpx

“Kişilər yediklərini yığışdırmır, qadın quldur?”

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Aparıcı Aytən Səfərova bəzi kişilərin öz həyat yoldaşlarına qulluqçu kimi yanaşmasına münasibət bildirib.

Metbuat.az axşam.az-a istinadən bildirir ki, aparıcı bu barədə “Xəbər ertəsi” proqramında danışıb. O, əks cinsin nümayəndələrinin belə olmasında günahı analarında görüb:

“Köhnədən qadın evin qulluqçusudur deyib, analar bütün işləri qızlarına öyrədirdilər. Qadına həmin illər ərzində qul kimi baxılıb ki, indiyə qədər də bir çox oğullar evləndikdən sonra məişət əlilidirlər. Yedi-içdi, masanın üzərində qoyub getdi. Bir fincanı suyu altına qoymaq nə problemdir? Qadın quldur? Xeyr! Sizin də evinizdə yəqin qız övladlarınız böyüyür. Onları qul olaraq böyütmürsünüz. Ərlərinə ömür-gün yoldaşlığı etməyi, xeyrdə və şərdə bərabər olmağı öyrətməlisiniz. Ailə biz deməkdir.

Yazırlar ki, qadınlar lüks həyat istəyir. Bəli, qızım var, mən də istəyirəm ki, qızım yaxşı yaşasın. Niyə də yox? Qızların üstünə atmaq lazım deyil. Hər kəs istəyir ki, övladı xoşbəxt olsun. Analar bu gün oğullarına, ay mənim şirinim, sən əl vurma, anan yığışdırar deyir. Belə edirsiniz ki, o uşaqların ailələrində deyirlər ki, həyat yoldaşları tez özündən çıxır. Əlbəttə, çünki yediyini belə yığışdırmağı bacarmır”.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Kişilər #yediklərini #yığışdırmır #qadın #quldur

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin