fbpx

Bakıda yanan “Cruze” tanınmış aparıcının imiş

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Bu gün səhər saatlarında Səbail rayonu, İ.Nəbiyev küçəsində minik avtomobilində yanğın baş verib. Yanğın nəticəsində “Chevrolet Cruze” markalı minik avtomobilinin yanar hissələri və “Toyota Corolla” markalı minik avtomobilinin arxa hissəsi qismən yanıb.

Metbuat.az Bizim.media-ya istinadən xəbər verir ki, “Chevrolet Cruze” markalı maşında iki nəfər yatmış vəziyyətdə olub:

“Partlayış səsinə avtomobildəki iki nəfər düşüb qaçıb. Partlayış səbəbindən yanğın qarşıdakı “Toyota Corolla” markalı minik maşınına keçib. Bundan başqa yanan avtomobilin hissələri arxa tərəfdə dayanmış “Merseses-Benz” markalı maşına çırpılıb.

Onu da qeyd edim ki, “Toyota Corolla” markalı minik avtomobili AzTV-nin tanınmış aparıcısı Könül Quluzadəyə məxsusdur”.

Qeyd edək ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Qısa zamanda yanğın söndürülüb. Hazırda hadisə müvafiq qurumlar tərəfindən araşdırılır.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Bakıda #yanan #Cruze #tanınmış #aparıcının #imiş

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin