“Real” Arda barədə yekun qərarını verdi
“Real Madrid” Arda Güleri icarəyə göndərməyəcək.
Metbuat.az xəbər verir ki, bu barədə İtalyan jurnalist Fabrizio Romano məlumat verib. O öz mənbələrinə istinadən bildirib ki, “Real Madrid” ikinci dəfə zədələnən Ardanın istedadına güvənir. Bildirilir ki, Arda Güler klubun əsas heyət oyunçusu hesab olunur. Fabrizio Romanonun məlumatına görə, “Real Madrid” Ardanı icarəyə göndərməmək barədə yekun fikrini futbolçuya da bildirib.
Qeyd edək ki, ikinci dəfə zədələnən Ardanın oyun ritmini tapması üçün icarəyə göndəriləcəyi irəli sürülürdü.