fbpx

Əhali əziyyət çəkir, limit qaldırılmalıdır

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Havalar soyumağa başlayandan sonra istifadə olunan qaz və işığa tələbat da artmağa başlayır. Bu da istifadə olunan təbii qaza və enerjiyə tələbatı artırır. Hazırda əhalinin illik istehlakının 1200 kubmetrədək olan hissəsinin qiyməti 12 qəpikdən hesablanır. 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün isə müvafiq olaraq 20 və 25 qəpik müəyyən edilib.

Bu barədə Metbuat.az-a açıqlama verən millət vəkili Fazil Mustafa hesab edir ki, qaza və işığa olan limitləri artırmaq lazımdır. Fazil Mustafa vurğuladı ki, Milli Məclisdə dəfələrlə bu istiqamətdə gündəliyə məsələ çıxarılıb:

“Azərbaycan əhalisi limitlərin aşağı həddə olmasına görə çox böyük əziyyət çəkir. Birinci növbədə biz bunu əhalinin rifahı üçün düşünməliyik. Digər tərəfdən iş sektorunda da bu, ciddi problemlər yaradır. Bizim istehsalımız artırsa, bunun nəticəsi vətəndaşın həyatında da hiss olunmalıdır və bu baxımdan da düşünürəm ki, bu limitin artırılması barədə təkliflər verilməlidir”.

Millət vəkilindən ÇAĞIRIŞ:

Qarşıdan gələn büdcə müzakirələrində bu məsələnin diqqətə çatdırılacağını deyən millət vəkili qeyd etdi ki, limitin azlığı məsələsi insanlar üçün narahatlıq yaradır:

“Bu dəfəki büdcə müzakirələrində Naxçıvan Muxtar Respublikasında limitin bütövlükdə qalması şərti ilə, qaz və elektrik qiymətinin aşağı salınması məsələsini qaldıracağam. Çünki blokadada olan bir tək ərazimiz var və hesab edirəm ki, onlar blokadadan çıxana qədər istehlakçı kimi hüquqlarının qorunmasını təmin etməliyik”.

Bəs limitləşmə olmasa bu qiymətlərə necə təsir edərdi?

Vəziyyəti dəyərləndirən iqtisadçı-ekspert Xalid Kərimli bildirdi ki, insanlar limitlərin ləğvi ilə enerji qiymətlərinin ucuzlaşacağını fikirləşsə də, bu onların düşündükləri formada baş verməyəcək:


“Əgər limitləşmə mexanizmi olmasa qiymətlərdə orta hədd saxlanılacaq. Nəticədə yenə də bahalaşma olacaq. Hökümət deyir ki, vətəndaş kombi sistemi ilə evi qızdırmağı bacarırsa, demək rahat və isti şəraitdə yaşayanlardandır. Bir növ Avropa insanı kimi işığa, suyu, qaza qənaət etmək onu düşündürən məqamlardan deyil. Kim isə evində rahat geyimdə gəzmək, tərləməmək, lüks şəraitdə yaşamaq istəyirsə o artıq limiti keçmək barədə düşünməyəcəkdir. Bu yaşam səviyyəsi üçün də istehlak etdiyi işığa və qaza görə dövlətə pul ödəməlisən. Limit sisteminin mexanizmi budur. Amma imkanı olmayanlar çalışacaqlar ki, daha ucuz tarif olan 12 qəpiyi keçməsinlər. Çünki resurs dəyərlidir və qaz cəmiyyət üçün əhəmiyyətli yanacaqdır. Kiminsə imkanı varsa, daha yaxşı yaşamaq, rahatlıq naminə daha çox ödəməlidir, imkanı yoxdursa əksinə qənaət sisteminə uyğun sosial yönümlü taarifdən istifadə etməlidir”.

Ekspert onu da vurğuladı ki, limitlərin ləğvi həm də əhalinin sosialyönümlü təbəqəsi üçün qaz istehlakının daha baha qiymətə satılmasına səbəb ola bilər.

“Hökümət bilərəkdən limitlər mexanizmini tətbiq edib ki, əhalinin az istehlak edən kateqoriyası güzəştli qiymətlərdən yararlansınlar. Limitin ləğvi qaz qiymətlərinin elə birinci gündən birinci kubmetrdən daha baha olmasına səbəb olacaq”,- deyə ekspert qeyd edib.

Qaz limitləri ilə bağlı son statistika necədir? “Azəriqaz” İB-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdir Eldəniz Vəliyev rəqəmləri təqdim edib:

“2023-cü ilin yanvar-sentyabr ayları ərzində əhali sektorunda təbii qazla təmin olunan 1 1 537 336 abonent 12 qəpik tarifilə (ümumi abonentlərin 61,0 %), 874 420 abonent 20 qəpik tarifilə (ümumi abonentləin 34,7 %) və 108 449 abonent 25 qəpik tarifilə (ümumi abonentləin 4,3 %) qazdan istifadə edib”.

Gülbəniz Hüseynli / Metbuat.az

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Əhali #əziyyət #çəkir #limit #qaldırılmalıdır

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin