Ərdoğan münaqişənin həlli yolunu göstərdi
Paytaxtı Şərqi Qüds olan Fələstin dövləti ilə İsrail arasında sülh mümkündür.
Metbuat.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. O bildirib ki, Fələstin münaqişəsinin həll olunmamasının səbəbi verilən vədlərə əməl edilməməsidir. Ərdoğan bildirib ki, Birləşmiş Millətlər Təşkilatı və digər təşkilatlar Fələstin xalqını tək buraxaraq vədlərinə əməl etməyiblər.
“Türkiyə olaraq bölgəmizi bu girdabdan çıxarmaq üçün vasitəçilik və ədalətli olmaqla, əlimizdən gələni etməyə hazırıq. Bölgədəki nüfuzlu aktyorların əmin-amanlıq yaratmaq əvəzinə təxribatçı münasibətindən təəssüflənirik. ABŞ, Avropa və digər regionlardakı dövlətləri tərəflər arasında ədalətli və insani dəyərlərə əsaslanan mövqe tutmağa çağırırıq” – Ərdoğan deyib.