fbpx

Azərbaycanda işə velosipedlə gedən hakimə yüksək vəzifə verildi

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Məhkəmə-Hüquq Şurasının sabiq əməkdaşı, Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərov yeni vəzifəyə təyin olunub.

Metbuat.az xəbər verir ki, E-huquq.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun sərəncamı ilə o, Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini təyin edilib. Sərəncamla Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası da Hüseyn Səfərova həvalə edilib.

Qeyd edək ki, H.Səfərov 1999-2010-cu illərdə Məhkəmə-Hüquq Şurası Katibliyinin mütəxəssisi, aparıcı məsləhətçisi, böyük məsləhətçisi kimi çalışıb. 2010-2015-ci illərdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi olub. O, 2015-ci ildə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi idi.

Xatırladaq ki, bir müddət əvvəl H.Səfərovun işə velosipedlə gedib-gəlməsi maraqla qarşılanmışdı. Hakim sağlam həyat tərzinə və rahat olduğuna görə işə gedərkən velosipeddən istifadə etdiyini bildirmişdi.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Azərbaycanda #işə #velosipedlə #gedən #hakimə #yüksək #vəzifə #verildi

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin