fbpx

Xəstələrə əzab verməkdə təqsirləndirilən şəxslərə hökm oxundu

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

“Nyu Layf” Reabilitasiya Mərkəzində narkomaniyadan əziyyət çəkən şəxslərə əzab verməkdə təqsirləndirilən mərkəzin məsləhətçisi Fərhad Əliyevə hökm oxunub.

Metbuat.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, F.Əliyev 6 il müddətinə azadlıqdan məhrum olunub.

Xatırladaq ki, “Nyu Layf” Novxanı qəsəbəsində fəaliyyət göstərib.

İttihama görə, F.Əliyev mərkəzin rəhbəri Orucəli Heydərov, Mərkəzin işçiləri – Elvüsal Hüseynov, Famil Rzayev, Sərxan Əliyev və Qənbər Həsənov ilə cinayət əlaqəsinə girib. Onlar mərkəzdə müalicə alan narkotik vasitələrin aludəçisi olmuş şəxslər – Hüseyn Məmmədov, Cahangir Əliyev, Kamran Əliyevə işgəncə veriblər.

Onlar narkomaniyadan əziyyət çəkən bu şəxsləri adam oğurluğu olmadan giriv saxlayıblar, onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Baş verən hadisələr nəticəsində həmin şəxslərdən biri – H.Məmmədovun ölümünə səbəb olublar.

Cinayət işinin materiallarında göstərilib ki, “Nyu Layf” Reabilitasiya Mərkəzində müalicə kursu keçən onlarla pasiyentin hər birindən 1500 manatdan 6600 manata qədər ödəniş alınıb.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Xəstələrə #əzab #verməkdə #təqsirləndirilən #şəxslərə #hökm #oxundu

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin