fbpx

Hökumət bazarlara nəzarəti artırır

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

“İnflyasiya və Qiymət Monitorinqi” üzrə İşçi Qrupun növbəti iclası keçirilib.

Bu barədə Metbuat.az-a Nazirlər Kabinetindən (NK) məlumat verilib.

İnflyasiya və qiymət monitorinqi üzrə İşçi qrupun rəhbəri Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində 2023-cü ilin yanvar-sentyabr aylarında istehlak bazarında qiymətlərin dəyişməsi, inflyasiyanın komponentləri, o cümlədən ərzaq və qeyri-ərzaq məhsulları, əhaliyə göstərilmiş ödənişli xidmətlər, daxili bazarda qiymətləri 10 faizdən çox bahalaşan məhsulların idxal və yerli mənşəli olmasının faktorları, dünya ərzaq qiymətləri və əsas ticarət tərəfdaşı olan ölkələrdə qiymətlərin dinamikası, idxal olunan məhsulların qiymət indeksi (idxal inflyasiyası), kənd təsərrüfatı məhsullarının istehsalçı qiyməti və satışı üzrə yarmarkaların təşkili, daxili bazarda sağlam rəqabət mühitinin təmin olunması istiqamətində görülən tədbirlər və aidiyyəti qurumlar tərəfindən istifadə olunan qiymət monitorinqi sisteminin uzlaşdırılması məsələləri geniş müzakirə olunub.

İclasda qlobal inflyasiya səviyyəsində, xüsusilə dünya ərzaq qiymətlərində azalma meyllərinin olduğu qeyd edilib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının açıqladığı son məlumata görə sentyabr ayında ərzaq qiymətləri indeksi son bir ildə 10,7 faiz ucuzlaşıb.

İşçi qrupun rəhbəri dünya ərzaq bazarlarında qiymətlərin enməsi, ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın azalması, yüksək neft qiymətləri şəraitində ölkənin tədiyə balansının profisitli olmasının məzənnə sabitliyini dəstəkləməsi və bu amilin inflyasiya idxalına və gözləntilərinə azaldıcı təsiri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Antiinflyasiya tədbirlərinin gücləndirilməsi” ilə bağlı Sərəncamına əsasən ötən dövr ərzində aidiyyəti dövlət qurumları tərəfindən görülən bir sıra tədbirlər, eləcə də mövsümi amillərin son aylarda Azərbaycanda inflyasiya səviyyəsinə azaldıcı təsir göstərdiyini vurğulayıb.

Dövlət Statistika Komitəsinin son məlumatına görə 2023-cü ilin yanvar-sentyabr aylarında orta illik inflyasiya 10,9 faiz olmuşdur. Bu dövrdə illik inflyasiya 5.1 faiz təşkil edib. İqtisadiyyat Nazirliyi tərəfindən antiinflyasiya tədbirləri nəzərə alınaraq 2023-cü ilin sonuna orta illik inflyasiyanın birrəqəmli səviyyədə 9,5 faiz olacağı proqnozlaşdırılır.

Azərbaycan Respublikası Prezidentinin Hökumət qarşısında qoyduğu başlıca tapşırıqlardan biri ilin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəsinə nail olunmasıdır. İnflyasiya və qiymət monitorinqi üzrə yaradılmış İşçi qrupun məqsədi də qiymətlərə artırıcı təsir göstərən bütün səbəbləri araşdırıb, onun aradan qaldırılması istiqamətində zəruri işləri görməkdir. Bu baxımdan inflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması məqsədilə zəruri tədbirlərin görülməsi davam etdiriləcək. Hazırda Milli Məclisdə çox vacib məsələlərdən biri olan Rəqabət Məcəlləsinin layihəsinin müzakirəsi aparılır. Rəqabət Məcəlləsinin qəbul olunması biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Yeni məcəllə, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir.

İclasın yekununda İşçi qrupun rəhbəri tərəfindən aidiyyəti qurumlara Qiymət İzləmə Sisteminin tətbiqi ilə bağlı müvafiq tapşırıqlar verilib. Habelə bildirilib ki, son günlərdə bəzi tərəvəz məhsullarının qiymətlərində müşahidə olunan yüksək artımını da nəzərə alaraq daxili bazarda sağlam rəqabət mühitinin təmin olunması istiqamətində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən subyektiv səbəblərə (rəqabət pozuntuları, bazarların bölüşdürülməsi və qiymət manipulyasiyası) yol verən bazar subyektlərinə qarşı nəzarət və operativ yoxlama tədbirləri gücləndiriləcək və təsiredici ciddi tədbirlər görüləcək.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Hökumət #bazarlara #nəzarəti #artırır

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin