Unun bahalaşmasının çörəyin qiymətinə təsiri açıqlandı
Son bir ayda ölkədə un bahalaşıb.
Metbuat.az Xezerxeber.az-a istinadən xəbər verir ki, topdansatış mərkəzlərində satılan 50 kiloqramlıq un kisəsinin qiymətində 1 manata yaxın artım olub.
Satıcıların sözlərinə görə, kisə unun qiymətində artım çox olmasa da, kiloqramla satışda 15 faizə yaxın fərq var. Amma, hələlik çörəyin qiymətində heç bir dəyişiklik yoxdur.
İqtisadçı-ekspert Rəşad həsənovun sözlərinə görə, unun qiymətindəki artım gözlənilən idi. Bunun da kökündə bir sıra səbəblər yatır. Başlıca səbəblərdən biri Azərbaycanın idxala bağlı ölkə olmasıdır.
Ekspert bildirib ki, hazırda bahalaşma 4 faizə qədərdir. Bunun da çörəyin qiymətinə hər hansı təsiri yoxdur. Qiymət artımının olmaması üçün isə bir sıra addımların atılması vacibdir.
Ekspert həmçinin vurğulayıb ki, unun bahalaşması tendensiyası davam edərsə, çörəyin də qiyməti arta bilər. Hazırki vəziyyətdə isə çörək bahalaşmasa da, unun qiymətindəki artım un məmulatlarının qiymətinə təsirsiz ötüşməyəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Milli.Az