Məşhur sənətçi dünyasını dəyişdi
Kinosevərlərin sevdiyi obrazlara həyat bəxş edən komiks rəssamı və yazıçı Keyt Giffen dünyasını dəyişib.
BEY.AZ xarici mediyaya istinadən xəbər verir ki, Keyf Giffen Marvelin “Qalaktikanın mühafizəçiləri” film seriyasının ulduzu “Rocket Raccoon”un və DC superqəhrəmanı “Mavi böcək”in yaradıcısı olub. 70 yaşında həyatını itirən yazıçının ölümünə səbəb insult keçirməsi olub.
Qeyd edək ki, Giffen komiks karyerasına 1970-ci illərdə Marveldə başlayıb.