Onlarla ölkə Türkiyədən kömək istədi
Türkiyə HƏMAS tərəfindən Qəzzaya qaçırılan girovların azad edilməsi üçün vasitəçilik səylərini davam etdirərkən, ABŞ mətbuatı vətəndaşlarını xilas etməyə çalışan bir çox ölkənin türk kəşfiyyatından kömək istədiyini yazıb.
BEY.AZ xəbər verir ki, “Wall Street Journal”a danışan türk rəsmisi İsrailin Qəzzaya hücumları səbəbindən HƏMAS-la əlaqə saxlamağın çətinləşdiyini bildirib. Məlumata görə, vətəndaşlarını HƏMAS-ın əlindən xilas etmək istəyən bir çox ölkə Türkiyədəki diplomatlara və kəşfiyyat rəsmilərinə müraciət edib.İsrail girovlarla bağlı HƏMAS-la danışıqlar aparmadıqlarını bildirsə də, “Wall Street Journal”a danışan Misir rəsmisi bildirib ki, bir çox ölkə HƏMAS-la əlaqə qurmağa cəhd edib. Lakin HƏMAS-la əlaqə saxlamaq mümkün olmayıb.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyindən sonra HƏMAS-ın girovluğunda olan ana və övladı azad edilmişdi.