Azərbaycanda sosial müdafiə xərcləri 62 faiz artırılır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 521 milyon manatı və yaxud 1,4%-i sosial müdafiə xərclərinin payına düşəcək.
Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 62,3% çoxdur.
Sosial müdafiə xərcləri sosial müdafiə və sosial təminat xərclərinin 11,5%-ni təşkil edəcək.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.