Azərbaycan avtomobil idxalına çəkdiyi xərci 62 % artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 1 207,2 milyon ABŞ dolları dəyərində 72 883 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
BEY.AZ Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 62,3 % və 32 % çoxdur.
İlk 9 ayda sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 3,8 dəfə azalaraq 89 ədəd (6 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 32,1 % artaraq 67 453 ədəd (1 091,75 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 10 604-ü (253,2 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 2 118-i (85,9 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bu isə birincinin 17,8 %, ikincinin isə 7 dəfə artması deməkdir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 41,2 % artaraq 5 062 ədəd (79,1 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 25,7 % artaraq 279 ədəd (30,3 milyon ABŞ dolları dəyərində) olub.