Kübra Əliyeva Elgizin verilişinə görün necə çıxdı
Əməkdar artist Kübra Əliyevanın vəziyyəti efir zamanı pisləşib.
BEY.AZ yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə teleaparıcı Elgiz Əkbər məlumat yayıb.
Belə ki, “Elgizlə izlə” proqramında ekspert qismində çıxış edən aktrisanın təzyiqi 202-ə qalxıb. Verilişin reklam fasiləsi zamanı Elgiz sənətçinin görüntülərini çəkərək sosial şəbəkə hesabında paylaşıb.
“Dəyərli aktrisamız Kübra Əliyeva 200 təzyiqlə efirdə… Canım, əziz dostum, heç vaxt xəstələnməyəsiniz” – , deyə Elgiz paylaşımına yazıb