fbpx

Qərbi Azərbaycan İcması İlham Əliyevi təbrik etdi

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

BEY.AZ xəbər verir ki, müraciətdə deyilir:

“Möhtərəm cənab Prezident,

Zati-alinizin rəhbərliyi altında tarixinin ən güclü dövrünü yaşayan Azərbaycan ötən 20 il ərzində böyük inkişaf və tərəqqi yolu keçmişdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin söylədiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq” sözləri öz həqiqi təsdiqini tapmışdır. Sizin müdrik uzaqgörənliklə yaratdığınız bugünkü müasir Azərbaycan on illər ərzində həllini gözləyən problemləri geridə qoyaraq öz suverenliyinə və ərazi bütövlüyünə qovuşmuş, dünya birliyində öz layiqli yerinə ucalmışdır.

Ölkəmizdə bütün sahələrdə əldə olunan tarixi uğurların hər biri Zati-alinizin gərgin zəhmətinin və titanik əməyinin bəhrəsi olmuşdur. Regionların sosial-iqtisadi inkişafından başlayan yol Azərbaycanın təkcə bölgələrinin tərəqqisinə deyil, hər bir azərbaycanlının rifahının yaxşılaşmasına, onun mənəvi baxımdan yenilənməsinə, zənginləşməsinə və nəhayət qalib dövlətin vətəndaşına çevrilməsinə gətirib çıxarmışdır.

Rüya tabirlerini burdan oku

Son illərə qədər bir milyondan artıq qaçqın və məcburi köçkünün vətəni olan Azərbaycan rəhbərliyiniz altında qüdrətli dövlət kimi öz çətinliklərinin öhdəsindən gələ bilmiş və ərazi bütövlüyünə qovuşmaq, hər bir vətəndaşının hüquqlarını təmin etmək üçün başlanan haqq savaşını Zəfərlə sona çatdırmışdır. Bunun nəticəsində yüz minlərlə vətəndaşımızın doğma vətənə qovuşmaq arzusu reallaşmışdır.

Uzun müddət ərzində Qarabağda mövcud olmuş cinayətkar xunta rejimi zamanında verdiyiniz müdrik qərarla həyata keçirilən antiterror tədbirləri nəticəsində məhv edilmiş və Azərbaycanın ay-ulduzlu bayrağı Zati-aliniz tərəfindən Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə ucaldılmışdır.

Möhtərəm cənab Prezident,

Zati-aliniz ölkənin iqtisadiyyatını, sənayesini, ordusunu, insan potensialını davamlı şəkildə inkişaf etdirərək məqsədyönlü şəkildə bizi bugünkü əzəmətli Azərbaycanın vətəndaşı olmağa hazırlamışdır. Siz Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixi və dövləti üçün olduqca böyük əhəmiyyət kəsb edən vəsiyyətini yerinə yetirərək ölkəmiz və insanlarımız üçün yeni yol xəritəsi müəyyənləşdirmisiniz.

Əminik ki, Ermənistan tərəfindən onilliklər boyu soyqırımı, deportasiya və təhdidlərə məruz qalmış, bu gün təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində yaşayan yüz minlərlə azərbaycanlının doğma vətəninə qayıtmaq hüququnun təmin edilməsi üçün başlatdığınız yeni haqq savaşı bizi daha böyük hədəflərə çatdıracaqdır. Zati-alinizin Müzəffər Ali Baş Komandan kimi bu məsələdə ortaya qoyduğu prinsipial mövqe, xüsusilə 24 dekabr 2022-ci ildə Qərbi Azərbaycan İcmasının inzibati binasında icma üzvləri ilə keçirdiyi görüş məsələnin önəmindən xəbər verir.

Siz Qərbi azərbaycanlıların hüquqlarının bərpa olunmasına və onların öz doğma torpaqlarına qayıtmasına möhkəm və birmənalı dəstəyinizi ifadə edərək hər bir azərbaycanlının Prezidenti olduğunuzu bir daha isbat etmisiniz. İdeyanız əsasında hazırlanan Qərbi Azərbaycana Qayıdış Konsepsiyası bu gün planlı şəkildə həyata keçirilir və bizi öz vətənimizə qayıdacağımız müqəddəs günə yaxınlaşdırır.

Rəhbərliyiniz altında ölkəmizin regionun önəmli güc mərkəzinə çevrilməsi, əldə edilən nailiyyətlərin miqyasının böyüklüyü, dünya birliyində davamlı yüksələn mövqeyimiz bizi daha işıqlı və xoşbəxt gələcək gözlədiyindən xəbər verir. Biz gələcəyə Prezident, Qalib Sərkərdə və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında getməkdən böyük qürur və fəxarət duyuruq.

Dərin hörmətlə,

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov

Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü Misir Mərdanov

Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov

Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov

Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı

Ziyalılar Şurasının sədri, professor Elxan Hüseynov

Gənclər Birliyinin sədri, Milli Məclisin deputatı Ramin Məmmədov

Qəyyumlar Şurasının sədri Mürvət Həsənli”.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Qərbi #Azərbaycan #İcması #İlham #Əliyevi #təbrik #etdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu