Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərreyl #voleybol #klubu #avrokuboklara #qələbə #ilə #başladı
Azərbaycanı Çağırış Kubokunda təmsil edən qadın voleybolçulardan ibarət “Azərreyl” klubu ilk görüşünü keçirib.
BEY.AZ xəbər verir ki, komanda 1/32 finalda Ukraynanın “Balta” kollektivi ilə qarşılaşıb.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan qarşılaşmada “Azərreyl” rəqibini 3:0 (25:18, 25:18, 25:18) hesabı ilə məğlub edib.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması oktyabrın 18-də eyni məkanda keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.

