fbpx

“Hamıya sosial yardım veriləcək deyə qayda yoxdur”

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Bu ilin ilk 7 ayında Azərbaycanda orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,3 faiz artaraq, 925,3 manat olub. Orta aylıq əməkhaqqındakı artım faizi növbəti yanvar ayında pensiyaların indeksasiyası zamanı istifadə edilən göstəricidir. Yəni bu il ərzində orta maaş nə qədər artacaqsa, pensiyalarda artım da o qədər olacaq.

Bəs gələn ilin büdcə müzakirələrində pensiya və sosial müavinətlərin artırılması üçün sosial təminat xərcləri kifayət qədər olacaqmı?

Bu suala cavab verən millət vəkili Fazil Mustafa BEY.AZ-a bildirdi ki, sosial müavinətlə bağlı məsələlərin dövlət tərəfindən ciddi proqramla izlənilir. Əhalinin müəyyən bir hissəsinin ehtiyaclarını sosial müavinətlərlə ödəməyin tam mümkün olmadığını deyən Fazil Mustafa qeyd etdi ki, bunun üçün ilk növbədə məşğulluq problemi effektli formada həll edilməlidir:

“Çünki əhalinin hamısına sosial müavinət, sosial ödəniş veriləcək deyə bir qayda yoxdur. Hər il sosial ödənişə ehtiyacı olan insanların sayının azalması istiqamətində çalışmaq lazımdır. Amma təəssüf ki, bizdə bu məşğulluq strategiyası ilə bağlı bir sıra məsələlər aşağıda lazımı səviyyədə öz həllini tapmır”.

Sosial müavinət və sosial təminat xərclərinin artırılmasının problemin çözülməsi mənasına gəlmədiyini ifadə edən Fazil Mustafa vurğuladı ki, əsas diqqət məşğulluq səviyyəsinin artırılmasına yönəldilməlidir:

Rüya tabirlerini burdan oku

“Biz çalışmalıyıq ki, bu müavinətə ehtiyacı olan elə də çox olmasın. İşsizlik ortadan qalxandan, özəl sektor inkişaf edəndən sonra insanlar iş tapmaqda çətinlik çəkməyəcəklər. Amma indi faktiki olaraq işləmək istəyib, amma iş tapa bilməyən insan sahəsi artmaqdadır. İşləmək istəməyib saxta yolla pensiya düzəltmək, yaxud da hansısa bir təminat əldə etmək istəyən insanlarımız da kifayət qədər var. Biz əsas işləmək istəyən və iş tapa bilməyən insanların məsələsini həll etməliyik. Nəticədə, bu sahədə çox böyük bir sıxıntıların inkişafına imkan yaranmayacaq. Məsələnin əsas mahiyyəti budur”.

Gülbəniz Hüseynli / BEY.AZ

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Hamıya #sosial #yardım #veriləcək #deyə #qayda #yoxdur

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu