Sabunçuda iki nəfərin ölümü ilə bağlı cinayət işi açıldı
![](https://i0.wp.com/bey.az/wp-content/uploads/2023/10/1483189.jpg?fit=1200%2C800&ssl=1)
Sentyabrın 16-da Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən müəssisələrdən birində 1983-cü il təvəllüdlü Fəqan Şirinov və 2002-ci il təvəllüdlü Nahid Həsənovun üzərinə isti su tökülməsi nəticəsində almış olduqları xəsarətlərdən xəstəxanada ölüblər.
Baş Prokurorluğun mətbuat xidmətindən BEY.AZ-a bildirilib ki, ölüm faktları ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü (texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.