fbpx

“Vaqif Xaçatryanın dəstəsi 5 nəfəri məktəbə salıb diri-diri yandırdı”

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

“Vaqif Xaçatryanın dəstəsi 5 nəfəri məktəbə salıb diri-diri yandırdı”.

BEY.AZ “Report.az”a istinadən xəbər verir ki, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində iş üzrə zərərçəkmiş qismində ifadə verən Fazil Hacıyev deyib.

Zərərçəkmiş təqsirləndirilən şəxsi tanıdığını, Vaqif və onun dəstəsinin insanları diri-diri yandırmalarının canlı şahidi olduğunu bildirib: “Ermənilər bütün yolları bağlamışdılar. Onlar 5 nəfəri məktəbə salıb diri-diri yandırdılar. Cinayətdə iştirak edənlər Badara kənd sakinləridir. Kəndə hücum zamanı özüm də ağır yaralandım, tanışım Allahverdini vurdular”.

Zərərçəkmiş Ədalət Salmanov söyləyib ki, Meşəli soyqırımını törədənlərin başında Vaqif Xaçatryan dayanırdı: “Mənim maşınımı yandırdılar. Xaçatryanın qardaşı kəndimizdə təsərrüfat briqadiri işləyirdi. Hücum zamanı çayın qırağında əmim oğlunu vurdular. Onun meyitini güclə çıxarıb təxliyə edə bildim”.

Zərərçəkmiş Arzu Rüstəmov vurğulayıb ki, həmin hadisələrdə onun qardaşı, polis əməkdaşı Hidayət Rüstəmov qətlə yetirilib: “Qardaşım daha çox “Mirpaşa” ləqəbi ilə tanınırdı. Qardaşım şəhid olmuşdu. Dekabrın 24-ü meyitləri götürməyə gedəndə qardaşımın yandırılmış, yəni kül vəziyyətində olduğunu gördüm. Qardaşım Milli Qəhrəmandır. Məhkəmədən təqsirləndirilən şəxs barəsində ən ağır cəza verilməsini tələb edirəm”.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Vaqif #Xaçatryanın #dəstəsi #nəfəri #məktəbə #salıb #diridiri #yandırdı

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin