fbpx

Bu sosial media pullu oldu

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

X sosial mediaya platforması tam ödənişli abunəlik tələb edən “Not A Bot” proqramını sınaqdan keçirir.

BEY.AZ xəbər verir ki, yenilik artıq Yeni Zelandiya və Filippində sınaqdan keçirilməyə başlanılıb. Bildirilir ki, yeni ödənişli abunə sistemində istifadəçilər yazılar kimi məzmun göndərmək, cavablandırmaq, repost etmək, digər hesablardan sitat gətirmək və əlfəcinlərə yazılar əlavə etmək üçün aylıq 1 dollarlıq abunə paketi almalıdırlar. Abunə olmaq istəməyən istifadəçilər yalnız yazıları oxuya, videolara baxa və hesabları izləyə bilərlər. Bildirilir ki, bu yeniliyin məqsədi bot hesabların fəaliyyətinin qarşısını almaqdır.

Qeyd edək ki, şirkətin sahibi İlon Mask bot hesablara qarşı ödənişli sistemin vacibliyini qeyd etmişdi. Bot hesabları ilə mübarizə aparmağın yeganə yolunun ödəniş sistemi olduğunu iddia edən Mask, “Aşağı səviyyəli qiymət sistemindən istifadə edəcəyik” deyə qeyd etmişdi.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #sosial #media #pullu #oldu

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin