fbpx

Fransanın siyasəti Cənubi Qafqazda yeni münaqişə ocaqlarının yaranmasına yönəlib

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

“Fransanın siyasəti Cənubi Qafqazda yeni münaqişə ocaqlarının yaranmasına yönəlib”.

BEY.AZ xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Afrikada, Yaxın və Uzaq Şərqdə keçirilən neokolonializm siyasəti milyonlarla insanın əsas hüquqlarının kobud şəkildə pozulmasına səbəb olub: “Təcavüzkar dövlətlər bu məsələlərdə birbaşa məsuliyyət daşıyırlar. XX əsrin ikinci yarısı boyunca Əlcəzairdə, dənizaşırı ölkələrdə ətraf-mühitin deqradasiyasına, insan hüquqlarını pozulmasına səbəb olmuş Fransa müstəmləkəsi altında yaşayan insanların hüquqlarını kobud şəkildə pozmaqdadır. Əlcəzairdə bir milyondan artıq insanın hüquqlarının pozulması faktı bunu bir daha sübut edir. Bundan başqa, Ermənistanın Azərbaycana qarşı açıq nifrətini dəstəkləyən çıxışlar edən Fransa bu fikirlərin qüvvətlənməsinə səbəb olur. Fransanın regionumuzla bağlı siyasəti də sülhün bərqərar olmasına deyil, Cənubi Qafqazda yeni münaqişə ocaqlarının yaranmasına yönəlib və dayanıqlı sülh prosesinə təhdid xarakteri daşıyır. Son illər Azərbaycanın sədrliyi ilə bir sıra uğura imza atmış Qoşulmama Hərəkatı isə insanların hüquqlarının qorunması baxımından çox mühüm əhəmiyyətə malikdir”.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərdən, həmçinin Korsikadan olan nümayəndələr iştirak edir.

BTQ Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Rüya tabirlerini burdan oku

Bu xüsusda, BTQ sentyabrın 22-də BMT-də “Dekolonizasiya: Sakit inqilab” mövzusunda konfrans da keçirib.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Fransanın #siyasəti #Cənubi #Qafqazda #yeni #münaqişə #ocaqlarının #yaranmasına #yönəlib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu