Bayraktar Qəzza üçün hərəkətə keçdi
Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Qəzza ilə bağlı çağırış edib.
BEY.AZ xəbər verir ki, Bayraktar yayımladığı videomüraciətində bildirib ki, Qəzzada tarixin ağır humanitar fəlakətlərindən biri yaşanır. O, İsrailin Qəzzada mülki obyektləri, dinc sakinləri və məscidləri hədəfə aldığını qeyd edib. Bayraktar beynəlxalq təşkilatları Qəzza xalqı üçün hərəkətə keçməyə, hücumları dayanırmağa bölgədə sülhü təmin etməyə çağırıb.
““Baykar” şirkəti olaraq Qəzza xalqı üçün 280 milyon lirəlik humanitar yardım göstərməyə hazırıq. Bütün insanları Qəzzada baş verən qətliamların dayandırılması üçün hərəkətə keçməyə çağırırıq” – Selçuk Bayraktar deyib.