fbpx

Qaz limiti ilə bağlı RƏSMİ AÇIQLAMA

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Bu ilin yanvar-sentyabr aylarında SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin əhali qrupu üzrə abonentlərin 63,4%-i ( 1 597 731 abonent) aşağı qaz istifadəsi limitini (1 200 kubmetrədək, 12 qəpik) keçməyib.

BEY.AZ xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüşdə deyib.Onun sözlərinə görə, hesabat dövründə abonentlərin 32,2%-i (811 467 abonent) orta qaz istifadəsi tarifindən (1 200-2 500 kubmetr çərçivəsində, 20 qəpik) yararlanıb.

Eldəniz Vəliyev əlavə edib ki, hesabat dövründə 110 884 abonent (ümumi abonentlərin 4,4 %-i) 25 qəpiklik tarifdən istifadə edib.

“Azəriqaz” nümayəndəsi bildirib ki, 2023-cü il 01 oktyabr tarixinə İB üzrə 2 561 740 abonenet qeydə alınınb ki, bundan 2 520 082 abonent əhali sektorunun, 41 658 qeyri-əhali sektorunun payına düşüb. Bu ilin yanvar-sentyabr aylarında İB üzrə 50 479 yeni abonen qeydiyyata alınınb.

Xatırladaq ki, 2021-ci ilin oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişməyib və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Qaz #limiti #ilə #bağlı #RƏSMİ #AÇIQLAMA

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin