fbpx

Bakıdakı İsrail səfirliyi fəaliyyətini dayandırıb?

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Son baş verən hadisələrin fonunda İsrail 5 ölkədə səfirliyini bağladığına dair xəbərlər yayılıb.

Qəzza zolağında hərbi əməliyyatlar kəskinləşəndən indiyə qədər İsrailin 5 ölkədəki – Misir, İordaniya, Mərakeş, Bəhreyn və Türkmənistandakı səfirliklərinin binaları boşaldılıb, onların əməkdaşları ölkəyə qaytarılıb.

BEY.AZ APA-ya istinadla xəbər verir ki, İsrailin Azərbaycandakı səfirliyi Bakıdakı diplomatik və konsulluq funksiyalarını davam etdirdiyini bildirib:

“Azərbaycan hakimiyyəti diplomatik nümayəndəliklərin təhlükəsizliyinə cavabdehdir və bizim hərtərəfli əməkdaşlığımız var”.

Onu da qeyd edək ki, Avropa və Cənubi Amerika da daxil olmaqla, bütün dünya üzrə İsrailin 20 ölkədəki səfirlikləri müvəqqəti olaraq tam və ya qismən bağlanıb. Bu ölkələrdə diplomatlara evdə qalmaq, işlərini evdən davam etdirmək tapşırılıb və ya həmin ölkənin daha təhlükəsiz hesab edilən digər şəhərlərinə köçürülüb.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Bakıdakı #İsrail #səfirliyi #fəaliyyətini #dayandırıb

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin