fbpx

Sabunçuda narkotikə görə 81 nəfər tutulub

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi və ərazi polis orqanlarının əməkdaşları tərəfindən sentyabr-oktyabr aylarında rayon ərazisində həyata keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 81 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BEY.AZ-a verilən xəbərə görə, həmin şəxslər barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb.

Qeyd edək ki, cari ilin əvvəlindən Sabunçu rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 50 kiloqrama yaxın, o cümlədən 15 kiloqram yüksək təsiredici xassəyə malik narkoik vasitə olan heroin, 30 kiloqram marixuana, 5 kiloqram digər növdən olan narkotik vasitə və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb.
Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Sabunçuda #narkotikə #görə #nəfər #tutulub

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin