İmran Xana qarşı yeni ittiham
Pakistanın keçmiş baş naziri İmran Xana qarşı yeni ittiham irəli sürülüb.
BEY.AZ ölkə mətbuatına istinadən xəbər verir ki, o, dövlət sirlərini açıqlamaqda günahlandırılır.
Qeyd olunur ki, İmran Xan və ətrafı 2022-ci ilin əvvəlində Pakistanın Vaşinqtondakı səfirinin İslamabada göndərdiyi gizli teleqramın məzmununu icazəsiz şəxslərə açıqlayıb. Bu teleqramda Ağ Evin İmran Xanın Ukrayna ilə bağlı mövqeyindən narazı olduğu və onun vəzifədən uzaqlaşdırılması üçün səy göstərəcəyi bildirilirdi. Bundan əlavə onun gizli sənədin surətini qanunsuz olaraq saxladığı da bildirilir.
Pakistanın rəsmi məxfilik qanunlarına görə, belə bir cinayətdə təqsirli bilinən şəxs iki ildən 14 ilə qədər həbs və ya hətta ölümlə cəzalandırıla bilər.