fbpx

Ombudsman AŞ-nin komissarına çağırış etdi

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviçi qəbul edib.

BEY.AZ xəbər verir ki, görüş zamanı Ombudsman qonağın ünvanladığı sualları cavablandıraraq ölkəmizdə insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi üzrə həyata keçirilən islahatlardan, o cümlədən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklərdən bəhs edib, Müvəkkil insan hüquqlarının müdafiəsi sahəsində gördüyü işlər, müharibə və postmüharibə dövründə həyata keçirilən fəaliyyət barədə geniş məlumat verib.

Ombudsman Ermənistanın Azərbaycana qarşı işğalçılıq və terror siyasətindən danışıb, Birinci Qarabağ müharibəsində 4000-ə yaxın azərbaycanlının itkin düşdüyünü, onların taleyi barədə Ermənistan tərəfindən hələ də məlumat verilmədiyini qeyd edib. S.Əliyeva itkin düşmüş vətəndaşlarımızın ailə üzvlərinin istək və tələblərini Avropa Şurasının insan hüquqları üzrə komissarının diqqətinə çatdıraraq səlahiyyətləri çərçivəsində köməklik göstərilməsini xahiş edib.

Müvəkkil işğaldan azad edilmiş ərazilərimizdə Ermənistanın törətdiyi mina terrorundan bəhs edib, dəfələrlə müraciət edilməsinə baxmayaraq, dəqiq mina xəritələrinin ölkəmizə təhvil verilmədiyini, basdırılmış minaların insanların həyatına təhlükə yaratdığını, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışına maneə törətdiyini qeyd edib. Ombudsman Vətən müharibəsindən indiyədək 330-dan çox şəxsin mina qurbanına çevrildiyini qonağın diqqətinə çatdırıb.

Müvəkkil otuz illik işğal dövründə Ermənistan tərəfindən torpaqlarımızda tarixi, dini abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdıldığını qeyd edib.

Rüya tabirlerini burdan oku

S.Əliyeva Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə başçəkmələrin həyata keçirildiyini, heç bir ayrı-seçkiliyə yol verilmədən şəxslərin qəbul olunduğunu söyləyib.

Ombudsman Qarabağda yaşayan erməniəsilli vətəndaşların hüquq və azadlıqlarının təmini və müdafiəsinin daim diqqət mərkəzində olduğunu, Müvəkkilə müraciət etmək yolları ilə bağlı açıqlama verildiyini qeyd edib, Vətən müharibəsindən əvvəl də erməniəsilli vətəndaşların müraciətlərinə baxıldığını və müvafiq tədbirlərin görüldüyünü qonağın diqqətinə çatdırıb.

Görüşdə həmçinin təsisatlar arasında gələcək qarşılıqlı əməkdaşlıq əlaqələri barədə fikir mübadiləsi aparılıb.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Ombudsman #AŞnin #komissarına #çağırış #etdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu