Azərbaycanda problemli kreditlərin məbləği 20 % azalıb
Bu il oktyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 519,8 milyon manat təşkil edib.
BEY.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 2,7 % azdır.
Bununla belə, ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 12,4 %, son 1 ildə isə 20 % azalıb.
Bu il sentyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,3 % təşkil edib. Bu nisbət avqustun sonuna 2,4 %, ötən ilin sonuna 2,9 %, ötən il sentyabrın sonuna isə 3,3 % olub.