fbpx

Lənkəranskinin qardaşı axtarışa verildi – DETALLAR / FOTO

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Türkiyədə öldürülən azərbaycanlı avtoritet “Lotu Quli” ləqəbli Nadir Səlifovun qətli ilə bağlı məhkəmə prosesi davam etdirilib.

BEY.AZ APA-ya istinadən xəbər verir ki, Manavqat 2-ci Ağır Cəza Məhkəməsində prokuror ittiham nitqi ilə çıxış edib. O, təqsirləndirilən Xaqan Zeynalovun, Əmir Həmidlinin, Əli Mövlanlının, Rəsul Həsənovun ömürlük azadlıqdan məhrum edilmələrini tələb edib.

Həmçinin prokuror çıxışında bu işlə əlaqəsinin istintaq dövründə sübuta yetməsi səbəbindən Namiq Canıyev (mərhum Rövşən Lənkəranskinin qardaşı), Cəfər Əlizadə, Xanımnisə Məmmədova, hazırda Bakıda həbsdə olan Camal Həsənovun cinayət işinin ayrıcı icraata götürülməsini istəyib və onların beynəlxalq axtarışa verildiyini qeyd edib.

Prosesdə təqsirləndirilən şəxslərin vəkillərinə müdafiə nitqinə hazırlamaq üçün vaxt verilib.

Qeyd edək ki, “Lotu Quli” ləqəbli Nadir Səlifov 2020-ci ilin avqustun 19-dan 20-nə keçən gecə Antalyada hoteldə güllələnərək qətlə yetirilib. Onun Rövşən Lənkəranskinin tərəfdarlarının sifarişi əsasında yaxın adamı Xaqan Zeynalov tərəfindən qisas məqsədilə öldürüldüyü deyilir.

Rüya tabirlerini burdan oku

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Lənkəranskinin #qardaşı #axtarışa #verildi #DETALLAR #FOTO

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu