fbpx

“Qalatasaray” öz meydanında “Bavariya”ya məğlub oldu

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura start verilib.

BEY.AZ xəbər verir ki, A qrupunda mübarizə aparan “Qalatasaray” Türkiyədə Almaniya nəhəngi “Bavariya”nı qəbul edib. “Rams Park” stadionunda keçirilən görüş qonaqların qələbəsi ilə başa çatıb – 3:1.

Hesabı 8-ci dəqiqədə Münhen təmsilçisinin futbolçusu Kinqsli Koman açıb. 30-cu dəqiqədə Mauro İkardi penaltidən vurduğu qolla tarazlığı bərpa edib. 73-cü dəqiqədə Harri Keyn ikinci topu İstanbul təmsilçisinin qapısından keçirib. 79-cu dəqiqədə isə Camal Musiala “sarı-qırmızılılar”ı üçüncü dəfə cəzalandıraraq yekun hesabı müəyyənləşdirib.

Bu nəticədən sonra xallarını 9-a çatdıran “Bavariya” qrupda liderliyini qoruyub. 4 xalı olan “Qalatasaray” isə 2-ci pillədə qalıb. Bu qrupun digər matçında “Mançester Yunayted” İngiltərədə Danimarka “Kopenhagen”i ilə qarşılaşacaq.

D qrupunda isə “İnter” İtaliyada Avstriya “Zaltsburq”unu 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, günün digər oyunları Bakı vaxtı ilə saat saat 23:00-da başlayacaq.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Qalatasaray #öz #meydanında #Bavariyaya #məğlub #oldu

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin