Azərbaycana xaricdən pul köçürmələri bu qədər azalıb
2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 1 milyard 896.6 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 466.5 milyon manata bərabər olub.
BEY.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-sentyabr aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsi ilə banklara daxil olan vəsaitin həcmi 2.3 dəfə və ya 2 milyard 523.3 milyon manat, banklardan xaricə köçürmələr isə 39,2% və ya 300.8 milyon manat azalıb.
Qeyd edək ki, ötən ilin ilk 9 ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 4 milyard 419.9 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 767.3 milyon manat təşkil edib.