Balasanyandan xəbər var – Təslim oldu
Qarabağda separatçıların qondarma “təhlükəsizlik şurasının” “sədri” vəzifəsində çalışmış Vitali Balasanyan təslim olub.
BEY.AZ xəbər verir ki, bu barədə Aysor.am öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, Vitali Balasanyan özünü mərkəzi polis idarəsinə təqdim edərək “Makarov” tapançasını təhvil verib.
” Ermənistan Respublikasının İstintaq Komitəsindən bildirilib ki, 335-ci maddənin 1-ci hissəsi ilə cinayət işi başlanıb”, – deyə məlumatda qeyd edilib.