fbpx

Namiq Mənanın oğlu ağır xəstəliyə tutulub

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

“Oğlum Mənanın 3 ay əvvəl ardıcıl olaraq 1 ay fasilə ilə “sudurqa”sı (epileptik tutma – red.) oldu. Bu hal o, yuxuda olanda baş verir. Sonra onu müayinələrdən keçirtdik, başını “MRT” (Maqnit Rezonans Tomoqrafiya – red.) elətdirdik. Nəticədə bəlli oldu ki, Mənanın başında xoş xasisəli 2 sm. öçüsündə meningioma (Ən çox rast gəlinən xoş xassəli baş beyin şişləri olub, beynin üzərini örtən qoruyucu təbəqə olan meninks – beyin örtüyündən əmələ gəlir – red.) var”.

BEY.AZ bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Mənanın atası, meyxanaçı Namiq Məna qonaq olduğu “Bizimləsən” ictimai-sosial proqramında deyib.

Söz xiridarı oğlunun ağırlaşan səhhəti ilə bağlı bunları söyləyib: “Oğlumun beynində meningioma aşkar olduqdan sonra təşvişə düşdük. Şükürlər olsun ki, oğlum əməliyyat olundu, müalicələr aldı. Hər şey indi normaldır”.

Məna isə “Yuxuda “sudurqa” məni tutduğuna görə heç nə hiss etmirdim. Yuxudan ayıldırdılar, ayılırdım. Üç dəfə ara verə-verə “sudurqa”m oldu”, deyib.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Namiq #Mənanın #oğlu #ağır #xəstəliyə #tutulub

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu