fbpx

Bakıda “xruşşovka”və “stalinka” binalarda yaşayanların diqqətinə: Söküləcək

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Hələ illər öncə Rusiyada “xruşşovka” adlandırılan beşmərtəbəli binalar istismara yararsız hesab edildiyindən kütləvi şəkildə sökülüb.

Bəzi keçmiş sovet ölkələrində artıq bu binalara rast gəlmək mümkün deyil. Buna Baltikyani ölkələri misal çəkmək olar. Həmçinin MDB məkanındakı ölkələrin əksəriyyətində “xruşşovka”lardan çoxdan imtina ediblər.

Görəsən, nə üçün bu binalar hələ də Bakıda qalır? “Xruşşovka” və “stalinka” adlanan binaların istismar müddəti bitsə də, dərd-səri bitmək bilmir. Paytaxtda bu cür binalar kifayət qədər çoxdur. Artıq insanlar binaların söküləcəyi günü səbirsizliklə gözləyirlər. Hazırda XIX əsrin sonunda – XX əsrin əvvəlində tikilən yaşayış binalarının çoxu mərhələli şəkildə sökülür, onların yerində yeniləri inşa edilir.

Sakinlərə kompensasiya, ya da yeni mənzil təqdim olunur. Həmin binalar istismara yararsız sayılır. Söküntü işlərinin aparılması həm də paytaxt Bakıda köhnə evlərin sayının əhəmiyyətli dərəcədə azalması deməkdir. Məlumdur ki, paytaxtda yaşayış binalarının tikintisi ilə bağlı yeni standartlar qəbul olunub. Əvvəlcə layihənin qaydalara uyğun olub-olmaması araşdırılır, daha sonra həmin ərazilərdə yeni yaşayış binaları tikilir. Əgər əlverişsiz şərait olarsa, sökülmüş binaların yerində yaşıllıqlar və ya park salınır.

Sakinlər isə başqa əraziyə köçürülür. Hazırda Nizami, Yasamal, Xətai və Nərimanov rayonları ərazisində söküntü işləri həyata keçirilir. Bildirək ki, söküntü işləri daha çox şəhərin mərkəzində və metro stansiyalarına yaxın ərazilərdə aparılır. Orada inşa edilən yeni binalardakı mənzillərin qiyməti isə xeyli yüksəkdir. Bu səbəbdən də sakinlərlə sahibkarlar arasında anlaşılmazlıq yaranır.

BEY.AZ cebhe.info-ya istinadən xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, “xruşşovka” layihəli evlərin sökülməsi ilə bağlı işlər tam olaraq sahibkarların öhdəsinə buraxılıb. Bunun üçün sahibkarlar mütləq qaydada orada yaşayan sakinlərlə razılıq əldə etməli və sakinləri yeni binada yerləşdirməlidir:

“Eləcə də çoxmənzilli binaların əvəzinə 12 və ya daha çox mərtəbəli binaların tikintisi həyata keçirilə bilər. Ümumən 500-dən artıq belə bina var. Bu binaların hamısının birdən-birə sökülməsi mümkün deyil. Sahibkarlar ilk növbədə 2-3 mərtəbəli binaların söküntüsünü daha sərfəli hesab edirlər. Çünki beşmərtəbəli binaların söküntüsünün icrası, vətəndaşların köçü və onların yerləşdirilməsi bir qədər zaman alır. Bu da sahibkar üçün pul itkisi deməkdir”.

Həmsöhbətimiz həmçinin qeyd edib ki, çox vaxt sakinlər ilə sahibkarlar arasında anlaşılmazlıq yaranır. Bunun kökündə isə maddiyyat dayanır:

“Bir çox binaların saknləri 20 faiz daha artıq kvm olmaqla evlə təmin olunurlar. Bu mənada vətəndaşlar özləri də bilavasitə sahibkarlara kömək etməlidir. Əks təqdirdə, bir sıra subyektiv səbəblər həmin layihənin həyata keçməsinə mane olur Tutaq ki, binanın 90 faiz sakini binanın sökülməsinə razıdır. Lakin görürsən ki, bir neçə vətəndaş sahibkardan əlavə pul qopartmaq niyyəti ilə son günə qədər evdən çıxmır, mənzili təhvil vermir.

Yaxud həmin evin əvəzinə sahibkardan pul tələb edirlər. Sahibkarlar binanın tikintisini həyata keçirdikdən sonra pul qazanmağı hədəflədikləri üçün bir çox hallarda onlarda nağd pul olmur. Yalnız sakinlərin kirayəsi üçün nəzərdə tutulan vəsaiti ödəməyə qadirdirlər. Məsələn, eyni vəziyyət Nərimanov rayonunun bir neçə binasının tikintisi zamanı da yaşanıb. Burada sakinlərlər ilə sahibkarlar arasında anlaşılmazlıq yaranıb”.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Bakıda #xruşşovkavə #stalinka #binalarda #yaşayanların #diqqətinə #Söküləcək

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin