fbpx

Fransa Ermənistanı niyə silahlandırır? – Parisin məqsədi budur ki…

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Bir neçə gün bundan əvvəl Fransa və Ermənistan arasında hərbi saziş imzalandı. Sazişə əsasən Paris İrəvana “Thales” şirkətinin istehsalı olan üç “Ground Master 200” (GM200) radar sistemi və “Mistral” yaxın mənzilli hava hücumundan müdafiə sistemləri verəcək.

Fransanın Cənubi Qafqaza göndərəcəyi silah partiyasının məhz Azərbaycana qarşı mümkün müharibədə istifadə ediləcəyi ilə bağlı yaranmış suallara cavab olaraq politoloq Tural İsmayılov BEY.AZ-a açıqlama verib. Politoloq bildirdi ki, bir tərəfdən Fransa guya Ermənistanın “böyük bacı”sı olaraq təqdim etsə də, əsas məsələ odur ki, rəsmi Paris heç vaxt Ermənistana ciddi hərbi yardımlar göstərməyib:


“Fransa ilə Ermənistan arasındakı münasibətlərin keçmişinə nəzər yetirəndə çox maraqlı tendensiyalar ortaya çıxır. Sonuncu hərbi müqavilənin imzalanması da onu göstərir ki, bu günə qədər nə qədər müttəfiqlik bəyanatları verilsə də, Fransa həmişə Ermənistanı Rusiyanın forpostu kimi yanaşıb. Fransa Ermənistan xalqını, Ermənistan dövlətini düşünmür. Əgər Ermənistan Fransanın vecinə olsaydı, Paris vəziyyəti daha da gərginləşdirən addımlar atmaz, əksinə Azərbaycan və Türkiyə ilə Ermənistanın yaxınlaşması prosesini hansısa bir formada ləngitməyə cəhdlər göstərməzdi”.

Fransanın Cənubi Qafqazda hansı maraqlar arxasıyca düşdüyü sualına cavab olaraq politoloq qeyd etdi ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Makronu ciddi narahat edir:

Rüya tabirlerini burdan oku

“Fransanın məqsədi odur ki, bu prosesi bacardığı qədər sabotaj edərək gələcəkdə də Azərbaycan və Türkiyəyə təzyiq rıçağı kimi Ermənistandan istifadə edə bilsin. İkincisi, Fransa, Nikol Paşinyanın konkret olaraq Rusiya ilə münasibətləri tarıma çəkməyindən istifadə edir. O, Rusiya təhlükəsinin nə qədər ciddi olduğunu başa düşür və yenə də məhz Ermənistanı Rusiya patronajlığından çıxarmağa cəhd edir. İstənilən halda hesab edirəm ki, bu gün Fransa Ermənistana ciddi formada yararlı olan silah-sursatları təqdim etməyəcək. Parisin məqsədi, yeni forpost ocağı yaradaraq Ermənistan vasitəsilə Cənubi Qafqaz regionunda öz neokolonialist baxışını daha fəal şəkildə ortaya qoymaqdır”.

Hərbi ekspert Ədalət Verdiyev isə hesab edir ki, Fransanın Ermənistana verdiyi silahlar Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin həyat və sağlamlığına təhdid yaradacağı təqdirdə Azərbaycan bu təhdidləri aradan qaldırmaq üçün zəruri olan bütün addımları atacaq:

"Biz də Moskvanı "Moskoviya", Sankt-Peterburqu "Leninqrad" adlandıraq" -

“Parisin Ermənistana silah ixrac etməsi birmənalı olaraq Qafqazda mövcud olan həssas və kövrək sülhə ciddi zərbə endirir. Baş verməkdə olanlar Ermənistanı sülh sazişi imzalamaq fəaliyyətinə müsbət təsir etməyəcək. Fransanın bu siyasəti Cənubi Qafqazda hərbi gərginlik riskini artırmaqla yanaşı, hərbi sahədə yeni “dayaq” tapan Ermənistanı sülh danışıqlarında tələblər irəli sürməyə və prosesi uzatmağa da sövq edir. Ölkə başçımızın da dediyi kimi, Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq”.

Gülbəniz Hüseynli / BEY.AZ

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Fransa #Ermənistanı #niyə #silahlandırır #Parisin #məqsədi #budur #ki..

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu