fbpx

Böyük skandal: Oğurluq imiş – İran faktlarla ifşa edildi

Beynəlxalq ekspertlər qrupu Rusiyanın Ukraynaya hücumda istifadə etdiyi “Şahid” dronlarının (İran istehsalı) istehsalında komponentlərindən istifadə olunan Qərb şirkətlərinin siyahısını hazırlayıb.

BEY.AZ  xəbər verir ki, araşdırmada əldə olunan məlumatları Müstəqil Antikorrupsiya Komissiyası (NACO) yayıb.

Hesabatda Rusiyanın İran dronlarından istifadə etdiyi hücumlarının təfərrüatları da yer alıb.

“Hücumların hədəfi yaşayış binaları, elektrik stansiyaları, müəssisələr, məktəb və uşaq düşərgələridir. Hər bir halda hesabat hücumun kontekstini, hədəflərin yaxınlığında hərbi obyektlərin və ya fəaliyyətin olub-olmamasını araşdırır”, – NACO bildirir.

Hesabat müəllifləri “Şahid” hücumlarının qəsdən mülki əhaliyə və infrastruktura yönəldildiyini, maddi hərbi üstünlük əldə olunmadığını vurğulayırlar və bu cür zərbələrin əsas məqsədinin mülki əhaliyə qarşı terror törətmək olduğunu göstərirlər.

Hesabatda ayrıca qeyd olunur ki, Rusiyanın istifadə etdiyi İran PUA-ları çoxlu sayda Qərb komponentlərindən istifadə edilməklə hazırlanıb. Xüsusilə, “Şahid”lərin dizaynına aşağıdakı şirkətlər tərəfindən istehsal olunan komponentlər daxildir:

Adesto Technologies (ABŞ);

Analog Devices (ABŞ);

Freescale (ABŞ);

Hemisphere (ABŞ);

Hitec USA Group (ABŞ);

International Rectifier (ABŞ);

Marvell Technology (ABŞ);

Maxim Integrated (ABŞ);

Micrel Semiconductor (ABŞ);

Micron Technology (ABŞ);

Texas Instruments (ABŞ);

Murata Manufacturing (Yaponiya);

Tallysman (Kanada);

STMicroelectronics (İsveçrə).

Hesabat müəllifləri deyirlər ki, siyahıda olan bütün şirkətlərə bu faktlarla bağlı öz mövqelərini bildirmələri üçün sorğular göndərilib. Onlardan bəziləri cavab olaraq Rusiyanın işğalını pisləyərək elektron avadanlıqların təchizatına nəzarəti gücləndirməyə çalışacaqlarını bildiriblər.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu