fbpx

Şokoladlı çərəzli qəlyanaltı

Həm ləzzətli, həm də sağlam olan bu tünd şokoladlı qəlyanaltıların hazırlanması olduqca sadədir.

Lazım olan məhsullar:

– Tünd şokolad – 250 qr

– Zövqünüzə görə quru meyvələr, fındıq və günəbaxan tumu

Hazırlanması:

– Tünd şokoladları əridin.

– Bir siniyə yağlı kağız qoyun. Qaşıqla əriyən şokoladlardan götürüb kiçik dairələr şəklində kağıza tökün. Ovuc içindən böyük olmaması şərtilə ölçülərini özünüz təyin edə bilərsiniz.

– Yaranmış dairələrin üzərinə quru meyvələri, fındığı və günəbaxan tumunu səpərək yerləşdirin.

– Şokoladları otaq temperaturunda saxladıqdan sonra soyuducuya qoyun və bir müddət saxlayın. Beləliklə, ləzzətli qəlyanaltılar hazırdır.

Nuş olsun!

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu