fbpx

“Fərid demişdi ki, estetik fikirləşirsənsə, ərizəni yaz”

İnfluenser Nagehan Abdullayevanın estetik əməliyyatlarla bağlı açıqlaması marağa səbəb olub.

Bey.az yazır ki, bu barədə o, “Səhər Mərkəzi” verilişində danışıb. Nagehan deyib ki, həyat yoldaşı Fərid Abdullayev onun plastik əməliyyat olunmasını istəməyib:

“Məndə əməliyyat yoxdur. Amma yanağımda və çənəmdə dolğu var. Dodağımda da bir il yarım bundan əvvəl dolğu etdirmişdim, o da artıq gedib. Həm qorxuram, həm də həyat yoldaşım istəmir. Fərid əvvəlcədən demişdi ki, elə bir şey fikirləşirsənsə, ərizəni yazıb, boşanarsan. Deyir ki, elə xanım istəsəm, gedib alardım, doludur”

Bir Cevap Yazın

Başa dön tuşu