fbpx
Maqazin

Şəbnəmdən Səidəyə “Biz sizdən üstünük istəsək sizin janrdada oxuya bilərik”

Müğənni Səidə Sultanın estrada musiqisinin bugünki vəziyyətini tənqid etməsinə Şəbnəm Tovuzludan cavab gəlib.

Bey.az xəbər verir ki, Səidə hazırda yutubda milyon baxış toplayan mahnıların Azərbaycan musiqisi üçün utanc olduğunu söyləyib:

“Azərbaycan musiqisi zay günündədir. Sizə elə asan gəlir. Amma musiqi pis gündədir. Mənim yaşıdlarım olan müğənnilər gözəl müğənnidir. Gözləyirdim ki, bizdən sonra gələnlər xaricə çıxıb, Avropada özlərini tanıdacaqlar. Çünki inkişaf elə gedirdi. Əksinə 30 il geriyə getdi. Amma indi gələnlər “rakka-çıkka” oxuyur. Pis günə qoyur musiqini, bədbəxt gündədir. Xaricdən gələn qonaq qulaq asır, utanıram. Milyon baxış vermək bomba deməkdi?”.

Onun dediklərinə Şəbnəm “Tarixin bir günü” proqramında reaksiya verib. İfaçı çıxışı zamanı Səidənin “bayağı ifaçı” adlandırdığı sənətçilərin daha üstün olduğunu vurğulayıb: “Səidə dostumdur, amma bizi alçaltmaq və kateqoriyaya bölmək düzgün deyil. Biz əminliklə deyə bilərik ki, istəsək onların da janrında oxuyarıq. Bu gün mahnı janrında, kütlə sevgisində, efirin tələbatında, kütlə sevgisində bir yerdə duraq, görək kim yüksəkdir? Bəli, bu yerdə biz üstünük. Əgər mədəniyyət, əxlaq, insanlıq geyimi ilə efirə çıxıb bəzi hərəkətlərlə ölçülürsə, onda əxlaqlı, gözəl geyimlə çıxıb insanlara örnək olan xanımam. İfam da, tərzim də, xanımlığım da yerindədir. Bizi mahnılarımızla alçatmaq heç kimin haqqı deyil”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu