fbpx

“Şəhidlərimizin neçəsi yəhudi idi?”

Meyxanaçı Elşən Xəzər ünvanına yazılan tənqidlərə münasibət bildirib.

Bu barədə o, OLAY-a açıqlama verib.

E. Xəzər deyib ki, yaxın zamanda bütün iradlar haqda ümumi açıqlama yayacaq:

“Sizə sual verirəm, şəhidlərimizin sırasında neçə yəhudi var idi? Bu Vətəndə yaşayıblarsa, hər kəs torpağı qorumalıdır. İstər yəhudi, istər xristian, istərsə də azərbaycanlı olsun, bu torpağın oğludur. Məni də çağırsalar, gedib qorumalıyam. Mən ümumi açıqlama yayacam. Hər birinə cavabı elə həmin açıqlamada verəcəm. Onların heç birini şəhid məclislərində görməmişəm. Bu günə qədər min şəhid evinə getmişəm, bəzi insanlar var ki, onlar orada yox idi. Allah millətimizi bölənlərə lənət eləsin”.   

Qeyd edək ki, meyxanaçının ordumuzla bağlıd dediyi qəzəl müzakirə yaradıb. Onun “Sinə vuranlar idi səngərdə duranlar. Azad elədi torpağı qüdrətli hüseynçi” sözləri tənqid olunub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu