fbpx

Xalq artisti azərbaycanlı aktrisanı zorladı: Məni soyundurdu və… – FOTO

Məşhur rejissorun hərəkətlərini emosional tərzdə şərh edən Fatimə daha sonra deyib: “Murdar, iyrənc, riyakar. Mən öz pedaqoqumun qurbanı olmuşam. Mark Rozovski öz tələbələrinə təcavüz edir, onlarla sauna və qrup şəklində seksual əlaqədən danışır. Özü də təkcə danışmır, həm də həyata keçirir. Mark Qriqoryeviç, cəzalanmağınızın zamanı gəlib. Mənimlə belə davranmaq, mənə 6 il ərzində belə əzab vermək və şantaj etmək lazım deyildi. Siz öz tələbələrinizi və teatrın aktrisalarını cinsi istismara məruz qoyursunuz. Mən sizin səhnə üsullarınıza və insanlığınıza hörmət etmirəm”.

Qeyd edək ki, sözügedən verlişdə müğənni Dmitri Nesterov da Rozovskinin teatrında baş verənlər barədə eşitdiyini, lakin onların şişirdildiyini qeyd edib. Rozovskinin dostu Vladimir Dolinski isə Abbasquliyevanı yalan danışmaqda, teatrda 200 tamaşanı səhnəyə qoyan rejissora böhtan atmaqda günahlandırıb: “O, öz əlləri ilə teatrda 200 tamaşa qoyub ki, 70 yaşında səni zirzəmiyə aparıb təcavüz etsin?”

Lakin vaxtilə Rozovskinin teatrında çalışan aktrisa Yekaterina Kmit də sözügedən rejissorun təcavüzünə məruz qaldığını etiraf edib. Aktrisanın sözlərinə görə, rejissor onu da yatağına dəvət edib: “Bu, Rozovskinin başlıca xüsusiyyətlərindən biridir və bunu teatrda hamı gözəl bilir”.

Rozovskinin özü isə jurnalistlərə açıqlamasında aktrisaların dediklərini təkzib edib. Bildirib ki, Abbasquliyeva teatrda özünü adekvat aparmadığı üçün qovulub.

Qeyd edək ki, Mark Rozovski Rusiyanın məşhur teatr rejissoru, dramaturq, ssenari müəllifi, bəstəkar, yazışı, şair və “U Nikitskix vorot” teatrının bədii rəhbəridir.

Bir Cevap Yazın

Başa dön tuşu