fbpx

Mən vurulanda oğlum kassamı boşaltdı İbrahim Tatlıses

Türkiyəli müğənni İbrahim Tatlısəsin Atalar günündə etdiyi paylaşım müzakirələrə səbəb olub.

BEY.AZ Axşam.azabistinadən xəbər verir ki, ifaçı paylaşımında “Ata əzizdir, onun qədrini bilməyən axmaq oğlu axmaqdır” sözlərini yazıb. Bundan sonra “Beyaz Maqazin”ə açıqlama verən Tatlısəs keçmiş həyat yoldaşı Adalet Sara və oğlu Ahmetdən danışıb.

“45 ildir Adalet xanımdan ayrıyam, bircə dini nikahımız pozulmayıb. Ən böyük xəyanəti böyük oğlum Ahmetdən gördüm. Hansı ki, ona 7 mağaza vermişəm. Onları batırdı. Bir adama yeddi mağaza versən hamısı müflis olar? Məndən nə istədilərsə etdim. Varımı-yoxumu versəm də canımı qurtara bilmirəm.

70 yaşında adamam, səhnəyə çıxıram. Nə zaman yenidən çıxıb pul qazandım, yenə başladılar. Canım boğazıma yığılıb artıq. Sağlamlığımla, yoxsa onlarla məşğul olum bilmirəm. Mənə rəhminiz gəlsin. Heç bir uşağımı gözdən qoymuram, bircə böyüyündən başqa.

Xəstəxanaya getdi, əgər bir damla göz yaşı tökdümsə… Xəyanətə uğradım. Mən vurulanda, birbaşa şirkətə gedib kassanı boşaltdı. Niyə başqa uşaqlarım bunu etmir, amma o, edir? Niyə əllərim əsir? Həmişə ürəyimə salıram. Adalet xanım, sənin məndə nə haqqın var? Üç min lirə ödəyirəm, mənzil verdim yaşayırsan” deyə, İ.Tatlısəs vurğulayıb.

Müğənni son olaraq vəsiyyəti haqqında danışıb:

“Hazırda ayrıyıq, amma evlənəcəyəm və bütün mal-dövlətimi o adama bağışlayacağam. Ona hər şey fəda olsun, o, mənim sol tərəfimdədir. Heç kim yanımda olmayanda o, yanımda idi. O, şəxs Gülçin Karakayadır. Aramızda yaş fərqi qətiyyən önəmli deyil, övladlarım evlənməyimi istəyir. Vaxtı gələndə pulumu nə edəcəyimi bilirəm. Hamısını “Mehmetçik” vəqfinə bağışlayacağam. Xahiş edirəm, məni qadın düşməni göstərməyin”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu