fbpx

Naxçıvanda qadın qətlə yetirildi – Yeniləndi

İyunun 19-u saat 08 radələrində Naxçıvan şəhəri Qaraxanbəyli kəndində 2000-ci il təvəllüdlü Telli Alcəfərovanın ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bu barədə Bey.az-a Naxçıvan Muxtar Respublikası Prokurorluğundan bildirilib.

İlkin araşdırma zamanı 1985-ci il təvəllüdlü Röyal Zeynalovun yaşadığı evin həyətində həmkəndlisi Telli Alcəfərovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Naxçıvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Röyal Zeynalov prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İbtidai istintaq davam edir.



İyunun 19-də saat 08 radələrində Naxçıvan şəhəri Qaraxanbəyli kəndində 25-30 yaşlı Telli Ramiz qızının boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə bey.az-a Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Röyal Abdulla oğlu Zeynalov polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb.

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu