Tarixdə bu gün
1 oktyabr: Qavqamel döyüşü; İkinci Çeçenistan müharibəsi.
e.ə. 331 — Qavqamel döyüşündə Makedoniyalı İsgəndər Əhəməni çarı III Daranı məğlub etdi.
1795 — Cənubi Niderland torpaqları (gələcək Belçika ərazisi) Fransaya birləşdirildi.
1827 — General Paskeviçin rəhbərliyindəki rus qoşunları İrəvan qalasını ələ keçirdilər.
1880 — Tomas Edison ilk elektrik lampası fabrikini açdı.
1908 — Henri Ford avtomobilqayırma sənayesinin ən çox satılan modellərindən olan T modelinin istehsalına başladı.
1971 — Florida ştatının Orlando şəhəri yaxınlığında sahəsinə görə dünyanın ən böyük əyləncə mərkəzi olan “Disney World” fəaliyyətə başladı.
1988 — SSRİ milli futbol komandası Braziliya milli futbol komandasını 2:1 hesabı ilə məğlub edərək Olimpiya çempionu oldu.
1999 — Rus ordusunun Çeçenistan ərazisinə daxil olması ilə İkinci Çeçenistan müharibəsi başladı.