fbpx

Lənkəranda fiziki zorakılığa məruz qalmış qızla bağlı Dövlət Komitəsindən AÇIQLAMA

BEY.AZ informasiya agentliyi xəbər verir


Kütləvi informasiya vasitələrində 15 iyul 2022-ci il tarixdə Lənkaran şəhərində 9-cu sinif şagirdinin fiziki zorakılığa məruz qalmasi ilə bağlı yayılan məlumat əsasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dərhal Lənkəran Şəhər İcra Hakimiyyəti ilə telefon əlaqəsi saxlanılıb və uşağın psixoloji vəziyyətinin qiymətləndirilməsi istiqamətində işlərin görülməsinə dair müvafiq tövsiyyələr verilib.

Bu barədə Metbuat.az-a Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər.

“Həmçinin hadisənin hərtərəfli araşdırılması məqsədi ilə aidiyyəti orqanlara 15 iyul 2022 ci il tarixli rəsmi məktublar da ünvanlanıb. Müvafiq söhbətlər və psixoloji qiymətləndirmənin aparılması məqsədilə yetkinlik yaşına çatmayan uşaq valideynləri ilə birlikdə 18 iyul 2022 ci il tarixdə Dövlət Komitəsinə dəvət edilib.

Artıq faktla bağlı Lənkəran şəhər prokurorluğunda aparılan araşdırmanın ilkin nəticələri haqqında müvafiq açıqlama verilib.

Dövlət Komitəsi bütün əlaqədar tərəflərlə birgə fəaliyyətin nəticələrinə,həmcinin öz səlahiyyətləri çərçivəsində gördüyü işlərə dair ictimaiyyəti məlumatlandıracaqdır”, – deyə açıqlamada bildirilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu