fbpx

Naxçıvanda daşınmaz əmlakın qeydiyyatı 50 % artıb

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 7 994 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb.

BEY.AZ bildirir ki, bu barədə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49,7% çoxdur.

Ümumi göstəricinin 2 737-si ilkin, 5 257-si isə təkrar qeydiyyatdır.

Daşınmaz əmlak obyektlərindən 3 131-i fərdi yaşayış evi, 2 888-i torpaq sahəsi, 1 421-i mənzil, 257-si qeyri-yaşayış sahəsi, 210-u qeyri-yaşayış binası, 83-ü əmlak kompleksi kimi müəssisə, 4-ü isə çoxmərtəbəli yaşayış binası olub.

Əmlakların 3 620-si və yaxud 45,2 %-i Naxçıvan şəhəri üzrə, qalanı isə muxtar respublikanın rayonları üzrə qeydiyyata alınıb.

Hesabat dövründə 2 612 əmlaka dair texniki pasport hazırlanıb, 3 347 torpaq sahəsinin planı-ölçüsü tərtib olunub. Beləliklə, ümumilikdə 5 959 daşınmaz əmlak obyektinin texniki inventarlaşdırılması aparılıb ki, bu da 1 il əvvələ nisbətən 51,7 % çoxdur.

9 ay ərzində daşınmaz əmlakın dövlət reyestrindən məhdudiyyət və yüklülüyə dair 3 219 arayış verilib, 3 398 əmlaka dair məhdudiyyət və yüklülük haqqında məlumat elektron informasiya sistemi vasitəsilə notariat ofislərinə göndərilib.

Bu dövr ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı isə 834-ə çatıb. 42 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, təsərrüfat fəaliyyəti ilə əlaqədar 3 ailə təsərrüfatının icarəsinə verilən torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Naxçıvanda #daşınmaz #əmlakın #qeydiyyatı #artıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu