32 yaşlı macar güləşçisi Janet Nemet Sofiyada faciəli şəkildə ölüb.
BEY.AZ xəbər verir ki, bu barədə “Arenasport” məlumat yayıb.
Bolqarıstan mediasının məlumatına görə, idmançı 11-ci mərtəbədən yıxılıb.
Hüquq-mühafizə orqanları faciənin baş vermə səbəblərini araşdırır. İntihar aparıcı nəzəriyyələrdən biri hesab olunur.
Janet Nemet Avropa Çempionatında gümüş və bürünc medallar qazanıb və Macarıstanı 2016 Olimpiya Oyunlarında təmsil edib. O, bu yaxınlarda CSKA Sofiyaya keçib və Bolqarıstan çempionu olub.
Nemet son vaxtlar çətin psixoloji vəziyyətlər yaşayırdı və psixoloqdan yardım alırdı. O, gələcək idman perspektivləri ilə bağlı narahat idi. Lakin faciənin səbəbi ilə bağlı hələlik rəsmi nəticələr yoxdur.
Bolqarıstan Güləş Federasiyasının idmançının ölümü ilə bağlı açıqlama verməsi gözlənilir.
