EvXəbərlər22 yaşlı qızın bütün dişləri töküldü

22 yaşlı qızın bütün dişləri töküldü

Published on

spot_img

ABŞ-ın İndiana ştatında dəhşətli hadisə baş verib. 22 yaşlı Bekka adlı gənc qızın bədənində yaranan ağır vitamin çatışmazlığı onun bütün dişlərini itirməsinə səbəb olub.
BEY.AZ xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.
Bekkanın sözlərinə görə, problemlər onun 18 yaşında olarkən başlayıb. Dişləri sürətlə çürüməyə başlayıb, üzü şişib və dözülməz ağrılar səbəbindən normal qidalana bilməyib. Ətrafdakılar, hətta bəzi həkimlər onun ağır narkotik vasitələrdən istifadə etdiyini düşünüblər.
Lakin sonradan aparılan tibbi müayinələr gənc qızın orqanizmində B12, D, C vitaminlərinin və dəmirin kəskin dərəcədə çatışmadığını üzə çıxarıb. Nəticədə həkimlər 22 yaşlı Bekkanın bütün dişlərini çıxarmaq və protez qoymaq məcburiyyətində qalıblar. 9 saat davam edən ağır əməliyyatdan sonra o, yenidən danışmağı və yemək yeməyi öyrənməli olub.

Hazırda 25 yaşı olan Bekka sosial şəbəkələrdə öz hekayəsini paylaşaraq analoji problemlərlə üzləşən gənclərə dəstək olmağa çalışır.

Latest articles

More like this